Bizdə niyə modern sənət yoxdur?

Bizdə həqiqi modern sənət görmək nadir hadisədir. Modern sənətlə məşğul olanlar çoxdur təbii ki, nə qədər desən, fotoqraf, rəssam, yazıçı və ya rejissor var, amma əksəriyyətinin işlərinə həvəskarlıq, hay-küyçülük, psevdoçuluq, duyğu istismarçılığı və sair hakimdir, sənətkarlıqdan isə əsər-əlamət yoxdur.
Azərbaycan 30 ilə yaxındır müstəqil dövlətdir, az deyil, 10 milyondan çox əhalisi var, amma bu müddət ərzində modern sənətkarlıq sahələrinin formalaşması bir tərəfə, ümumiyyətlə, adam arasına çıxarılası nümunələrin sayı da barmaqla sayılacaq qədər az olub. Sənətkarlığa dövlət dəstəyi əks effekt verir. Ayrılan pulların böyük qismi korrupsiya nəticəsində ciblərə axır. Beləcə, dövlətin dəstək verdiyi sənətkarların yaratdıqlarının bir qara qəpiklik dəyəri qalmır. Əksər vaxt tək-tük yaxşı sənət nümunələri dövlət dəstəyi almayan, fərdi təşəbbüslə ortaya çıxarılanlardır, amma onların da sayı o qədər azdır ki, gözə görünmədən, ümumi axında itib batırlar.

Davamı →

Heydər Əliyev - sözümüzün yaddaş sirri

Heydər Əliyev — milli ədəbiyyatımızın faktıdır, əhəmiyyətli və gərəkli məxəzidir. Bu məxəz bütün estetik ruh halı ilə fərqli duyumun, fərqli yaşamın şəklidi. Heydər Əliyev ruhunun ədəbiyyatda gerçəkləşən şəkli… Və siyasətdə göründüyü qədər həm də ədəbiyyatın obrazıdır.
O, əvvəl milli məfkurəni, sonra müstəqil dövləti yaratdı. Bu baxımdan, minillik dövlətçilik tariximizə milli məfkurəyə istinad edən ilk və yeni Azərbaycan dövlətinin qurucusu kimi daxil oldu. Milli müstəqilliyi qazandığımız 90-cı illərdə deyil, eləcə də hakimiyyətdə olduğu sovet epoxası daxilində ədəbiyyatı nəinki iqtisadiyyatın, eləcə də siyasətin, gücün ayağına vermədi. Bütün fəaliyyəti dövründə ədəbiyyata, onun müxtəlif dövrlərində yaşayıb-yaratmış ədiblərinə qədirşünas mövqedən yanaşan Heydər Əliyevin rəhbər kimi özəlliyi bəlkə də elə buradan başlayır.

Davamı →